“Hayabuşa-2” kosmik aparatı Ryuqu asteroidinə enməyə çalışacaq

106

Yaponiyanın “Hayabuşa-2” kosmik aparatı fevralda Ryuqu asteroidinə enməyə çalışacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) yayıb.

JAXA-nın nümayəndələrinin bildirdiyinə görə, onlar zondun fevralın 18-də başlayacaq həftə ərzində asteroidə enməsinə çalışacaqlar.

Xatırladaq ki, kosmik aparat Ryuqu asteroidinə dörd il bundan əvvəl göndərilib. Həmin aparat Yerdən 300 milyon kilometr məsafədə yerləşən hədəfə ötən ilin iyununda çatıb. Əvvəlcə zondun ötən ilin oktyabrında asteroidə enməsi planlaşdırılırdı, lakin eniş ərazisində qayaların aşkar edilməsi əməliyyatın təxirə salınmasına səbəb olmuşdu.

Agentlikdən bildirildiyinə görə, hazırda aparatın enişi üçün iki yer nəzərdən keçirilir. Bunların hər ikisində 60 santimetrdən hündür daş yoxdur. Aparatın enəcəyi yerin fevralın əvvəllərində dəqiqləşdiriləcəyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: