Hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir

266

Azərbaycan Ordusunda əsaslı təmir-tikinti və yenidənqurma işlərinin aparılması ilə bağlı plana əsasən hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Açılışda çıxış edən Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi polkovnik Qədir Nəsibov bildirib ki, qarovul binası qısa müddət ərzində müasir standartlara uyğun inşa olunub.

Burada qarovul xidmətinin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb.

Təyinatına uyğun olaraq zəruri inventar və avadanlıqla təmin edilən mətbəx, yeməkxana, istirahət otağı, paltar qurutma yeri, eləcə də təhlükəsizlik qaydaları tələblərinə cavab verən silah-sursat saxlancı da hərbi qulluqçuların istifadəsinə verilib.

Binaya istilik sistemi, isti və soyuq su çəkilib, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb.
Ərazi hər tərəfdən metal çərçivə ilə əhatə olunub, abadlıq və quruculuq tədbirləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: