Həkim ambulatoriyasında nümunəvi tibbi xidmət göstərilir

142

Culfa rayonunda həyata keçirilən ardıcıl sosial-iqtisadi inkişafın və quruculuq tədbirlərinin verdiyi töhfələr Xanəgah kəndinə də xüsusi gözəllik bəxş edib. Dövlətimizin diqqət və qayğısı sayəsində Xanəgah bu gün öz görkəmini tamamilə dəyişib. Kənddə bir sıra sosial obyektlər tikilib sakinlərin ixtiyarına verilib. Burada yeni tikilən obyektlər, yaradılan yeniliklər əhalinin rahatlığını təmin etməklə yanaşı, kəndə gələn qonaqlarda da xoş təəssürat yaradır.

Kənddə tikilib istifadəyə verilmiş hər cür şəraiti olan ikimərtəbəli həkim ambulatoriyası kənd əhalisinin sağlamlığının qorunması və tibb xidmətinin yerinə yetirilməsi işini xeyli yaxşılaşdırıb.

Xanəgah kəndindəki həkim ambulatoriyası lazımi tibbi avadanlıqlarla təchiz olunub. Burada baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, manipulyasiya, peyvənd, sarğı otağı və s. mövcuddur. Ambulatoriya istiliklə də təmin olunub.

Burada kənd sakinlərinə nümunəvi tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılıb. Ambulatoriya müasir tibbi avadanlıqlarla təmin olunub. Səhiyyə ocağında yaradılan yüksək səviyyəli şərait, həyətyanı sahədəki gülkarlıq, səliqə-sahman buraya üz tutanların könlünü oxşayır.

Ambulatoriyanın kollektivi profilaktik tədbirləri vaxtında həyata keçirir, dispanser qeydiyyatında duran xəstələri vaxtında müayinə edirlər.

Ambulatoriyaya müraciət edən xəstələrə yüksək səviyyədə səhiyyə xidməti göstərilir. Həmçinin muxtar respublikanın və rayon Mərkəzi Xəstəxanasının həkim briqadaları tez-tez kənddə olur. Kənd sakinlərini müxtəlif tibbi müayinələrdən keçirir, profilaktik tədbirləri yerinə yetirirlər. Ambulatoriyada körpələrin peyvəndlərinin vaxtlı-vaxtında aparılmasına da daim diqqət yetirilir. Ahıl və imtiyazlı xəstələr lazımi dərmanlarla pulsuz təmin olunur, onlara daim diqqət göstərilir.

                                                 “Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: