Gürcüstanın dövlət başçısı prezident seçkilərində iştirak etməyəcək

159

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu il oktyabrın 28-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

NUHÇIXAN xəbər verir ki, G.Marqvelaşvili avqustun 31-də bu barədə qərarını açıqlayaraq deyib: “Mən bu seçkilərdə iştirak etməyəcəm. Lakin gələcəkdə də ölkəmə xidmət edəcəyəm”.

Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ilin oktyabrında Gürcüstan Prezidenti seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: