“Google” axtarışında yeni funksiya düzgün tələffüzü öyrədəcək

104

“Google” şirkəti istifadəçilərə sözlərin düzgün tələffüzünü öyrədən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Funksiya hələlik ingilis dilində olan sorğular üçün işləyir.

NUHÇIXAN “Searchengines” resursuna istinadən xəbər verir ki, sorğular üzrə yeni blok [how to pronounce compunction] (conpunction necə tələffüz olunur) tipində daxil edilir.

Bildirilir ki, “Learn to pronounce” düyməsini basmaqla istifadəçilər sözün tələffüzünü dinləyə və danışan şəxsin dodaqlarının hərəkətlərini izləyə biləcəklər.

Bundan başqa, istifadəçilər yavaşıdılmış versiyanı dinləmək, eləcə də ABŞ və Britaniya tələffüz variantı arasında keçid etmək imkanından yararlanacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: