Gənc fotoqraflar Naxçıvanı tərənnüm edib

64

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində “Naxçıvan Gənclər Paytaxtıdır” adlı fotomüsabiqə keçirilib.

NUHÇIXAN xəbər verir ki, yaradıcılıq müsabiqəsi  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Rəssamlar Birliyinin, YAP Naxçıvan Muxtar Respublikası Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə  təşkil edilib.  Fotomüsabiqəyə  ümumilikdə 35 gəncin  120-ə yaxın fotoşəkili təqdim olunub. Fotolar əsasən Naxçıvanın tarixi abidələri, coğrafiyası və turizm məkanlarını özündə əks etdirir. Maraqla qarşılanan fotoların sərgisinə baxış olub. Fotolara qiymət vermək üçün yaradılan münsiflər heyətinin rəyi ilə 2 nəfər həvəskar fotoqraf birinci, 3 nəfər ikinci, 3 nəfər üçüncü yerlərə , 4 nəfər gənc isə həvəsləndirici yerə layiq görülüb. Onlar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Sonra gənclər tərəfindən təqdim olunan fotoşəkillərin sərgisinə baxış olub.

                                                                                     Cavid  Səfərli

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: