Futbol üzrə millimiz ABŞ millisi ilə qarşılaşacaq

64

2000-ci il təvəllüdlü futbolçular arasında Slovakiyada təşkil olunmuş beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması üçüncü turda Slovakiya komandası ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticədən sonra hesabındakı xalları 4-ə çatdıran yığmamız qrupda 2-ci yeri tutub. Turnirin əsasnaməsinə uyğun olaraq, qrup qalibləri finalda, 2-ci pilləni tutan komandalar isə 3-cü yer uğrunda oyunda mübarizə aparmalıdır. Yığmamız mayın 11-də keçiriləcək üçüncü yer uğrunda oyunda digər qrupun ikincisi olan ABŞ komandası ilə qarşılaşacaq.

Finalda isə Slovakiya və Çexiya üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: