Forum iştirakçıları “Naxçıvan” Universitetində olub

90

Naxçıvan şəhərində keçirilən Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun iştirakçıları səfər çərçivəsində “Naxçıvan” Universitetində olublar. “Naxçıvan” Universitetindən NUHÇIXAN-a verilən məlumata görə, qonaqlara təhsil ocağı haqda ətraflı məlumat verilib. Bildirilib ki, burada 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir. Hazırda universitetin 1000 nəfərə yaxın tələbəsinin təhsili ilə 81 nəfər müəllim məşğuldur. Onların sırasında AMEA üzvləri, elmlər doktorları, professorlar, dosentlər var.

Universitetdə 14 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr hazırlığı aparılır.

Universitet zəngin maddi-texniki bazaya malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınıb.

Elektron zalları, zəngin kitab fondu olan elmi kitabxana, yaraşıqlı idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir.

Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Üç beynəlxalq təhsil təşkilatının üzvüdür. Beynəlxalq proqramlarda və layihələrdə iştirak edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: