Festival iştirakçıları sosial şəbəkələrdə Naxçıvandan yazıblar
“Naxçıvan – Bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının iştirakçıları olan rəssamlar Naxçıvandan xoş təəssüratlarla ayrılıblar. Dünyanın müxtəlif ölkələrindən olan sənət adamları Naxçıvan və festivalla bağlı təəssüratlarını sosial şəbəkə hesablarında müxtəlif paylaşımlarla – videolar, şəkillər və slaydlar vasitəsilə təqdim ediblər. Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı apardığı araşdırmalarda maraqlı məqamlar ortaya çıxarıb və videomaterial hazırlayıblar.
NUHÇIXAN həmin videomaterialı təqdim edir.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.