“Facebook” kibercinayətkarlıq fəaliyyəti ilə məşğul olan 120 qrupun işini dayandırıb

100

Jurnalist Brayan Krebs “Facebook” sosial şəbəkəsi tərəfindən kibercinayətkarlıqla məşğul olan təxminən 120 qrupun bağlanması haqda məlumat verib. Ümumilikdə qruplarda təxminən 300 min iştirakçı olub.

Nuhcixan.az “securitylab.ru” saytına istinadən yazır ki, Krebsin sözlərinə görə, qruplar spam göndərmələr, fırıldaqçılıq, bank hesablarına müdaxilə, vergidən yayınma, sifarişlə DDoS-hücumların həyata keçirilməsi, həmçinin botnetlərin yaradılması kimi qanunsuz xidmətlər təklif ediblər. Əksər qruplar “Facebook” sosial şəbəkəsində təxminən 2 il fəaliyyət göstəriblər.

Fəaliyyəti qadağan edilmiş qruplardan ən böyüyü oğurlanmış kredit və debet kartlarının satış və istifadəsini reklam edirdi. Bundan başqa, “Amazon”, “Google”, “Netflix”, “PayPal” kimi müxtəlif xidmətlərdə hesablara kütləvi müdaxilə üçün alətlər yayan böyük cəmiyyətlərin fəaliyyəti dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: