“Fəlakət“ heroqlifi Yaponiyada 2018-ci ilin rəmzi elan olunub

86

“Fəlakət” və ya “bədbəxtlik” mənasını verən “vazavay” heroqlifi Yaponiyada 2018-ci ilin rəmzi elan olunub.

NUHÇIXAN “Nihon TV” telekanalına istinadla xəbər verir ki, bu barədə qərar ölkə əhalisinin iştirakı ilə keçirilən ənənəvi illik ümummilli sorğu zamanı səs çoxluğu ilə qəbul edilib.

Yapon vərəqində 1,3×1,5 metr ölçüdə heroqlifi Kiotoda yerləşən “Təmiz su məbədi”nin rəhbəri, ənənəvi olaraq təşkil edilən ilin qrafik rəmzinin seçilməsi müsabiqəsinin təşəbbüskarlarından biri Seyhan Mori çəkib. Mərasim birbaşa yayımla “Nihon TV” telekanalı vasitəsilə nümayiş olunub.

Həmin heroqlifin seçilməsinin səbəbi kimi cari ildə ölkənin bir sıra regionlarını əhatə edən təbii fəlakətlər göstərilir. Cari ilin iyulunda “Prapirun” tufanı Yaponiyanın qərbində irimiqyaslı daşqınlara səbəb olub. Fəlakət nəticəsində 220 nəfər həlak olub, Osakada yerləşən “Kansay” beynəlxalq aeroportu tamamilə suyun altında qalıb.

Bundan sonra, Yaponiyanı daha bir neçə tufan ağuşuna alıb. Son 25 ilin ən güclü “Cebi” tufanı nəticəsində 10 nəfər həlak olub. Bundan əlavə, sentyabrda Hokkaydo adasında baş verən güclü zəlzələ nəticəsində 40 nəfər həyatını itirib.

Cari ilin yay fəslində Yaponiyada ölkə tarixində ən isti hava müşahidə edilib. Tokioda və ölkənin bir sıra regionlarında 40 dərəcə və daha yuxarı isti hava qeydə alınıb. İstilər nəticəsində Yaponiyada 140 nəfərin öldüyü, on minlərlə sakinin xəstəxanalara yerləşdirildiyi bildirilir.

Heroqlifin elan edilməsi adətən 12-ci ayın 12-ci günü keçirilir. Onun əks olunduğu kağız isə məbədin əsas giriş qapısında dekabrın 21-dək asılı vəziyyətdə qalır. Sonra bu vərəq əvvəlki illərin də heroqliflərinin əks olunduğu vərəqlərin saxlandığı xüsusi muzeyə yerləşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: