Ermənistanda sabiq nazirlərə qarşı yeni cinayət işi qaldırılıb

161

Ermənistan Respublikaçılar Partiyasının sabiq nazirlərinə qarşı yeni cinayət işi qaldırılıb.

NUHÇIXAN “Panarmenian.net” saytına istinadla xəbər verir ki, cinayət işində sabiq parlament spikeri və baş nazir Ovik Abraamyan, nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın da adı keçir. Onlarla yanaşı, Ermənistan İstintaq Komitəsi ölkənin keçmiş polis rəisi Alik Sarkisyana qarşı da cinayət işi qaldırıb. Onların hamısı vəzifə səlahiyyətlərini aşmaqda və fırıldaqçılıqda ittiham olunurlar.

Saytın xəbərində bildirilir ki, Ermənistanın “Avazaatik” dağ-mədən kombinatının direktoru müstəntiqlərə sözügedən vəzifəli şəxslərin şirkətin payının 60 faizini tələb etdiklərini deyib. Sabiq baş nazir Ovik Abraamyan, qardaşı Conik Abraamyan, habelə keçmiş polis rəisi Alik Sarkisyan və parlamentin üzvü Mqer Sedrakyana qarşı qanunsuz kreditlər yolu ilə külli miqdarda dövlət vəsaitini talamaq ittihamı da irəli sürülüb.

Əleyhinə cinayət işi qaldırılan şəxslərin ölkədən çıxışı qadağan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: