Ermənistan ordusu korrupsiyalaşıb

181

Dərin iqtisadi böhran yaşayan  Ermənistan hərbi sahədə də iflasa uğrayıb. İşğalçı ölkənin təhlükəsizlik xidməti orduda yeni korrupsiya şəbəkəsi aşkarlayıb. Həbs olunanlar var. Ermənistan ordusunda itkilərin də sayı artıb.

NUHÇIXAN-ın məlumatına görə, Masis rayonunda böyük məbləğdə rüşvət müqabilində saxta tibbi sənədlər hazırlamaq yolu ilə gənclərin məcburi hərbi xidmətdən azad olunması faktı aşkarlanıb. İlkin sübutlara əsasən, orduda xidmətdən yayınmağa hərbi komissar və yüksək rütbəli zabitlər dəstək olublar. Onlar əlbir olaraq təkcə 1 ay ərzində 4 hərbi çağırışçıdan ümimilikdə 7000 dollar rüşvət alıblar. Bu yolla qazandıqları pulları isə kazinolarda, qumar oyunlarına xərcləyiblər. Hərbi ekspert Artak Manukyanın sözlərinə görə,  Ermənistanın hərdi sahəsi də digər sektorlar kimi korrupsiyalaşıb. Silahlı qüvvəllər 1 il ərzində 10 şirkətlə yüksək dəyərlə ölçülən müqavilə bağlayıb. Bunun orduya nə kimi xeyri olduğu və hansı məqsədə xidmət etdiyi xüsusi istintaq komissiyası tərəfindən araşdırılır. Əldə edilən sənədlərdə keçmiş döyüşçülərin sosial problemlərinin həlli də nəzərdə tutulur. İlkin istintaqa əsasən, bu istiqamətdə heç bir addım atılmayıb. Ermənistan mediyası üzə çıxarılan faktlar əsasında araşdırma təqdim edib. Məlum olub ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəinki ölkəyə, müharibədə iştirak edənlərə də zərər vurub. Müharibə iştirakçılarından biri ağır şərtlər altında yaşadıqlarını bildirib. Qeyd edib ki, sağlamlığını səbəbsiz yerə itirib. İndi isə xəstə övladının üzünə belə baxa bilmir. Çünki, daimi işi yoxdur və iş axtarışları da heç bir nəticə vermir. Aldığı müavinət isə dəranlarına çatmır. İndi də sığındığı yarımçıq tikilinin söküləcəyi qorxusu ilə yaşayır. Ermənistan vətəndaşları övladları bu cür tale yaşamasınlar deyə onları hərbi xidmətdən yayındırırlar. Ermənistanda nəşr olunan “Qraparaq” qəzeti orduda vəziyyətin ürəkaçan olmadığını yazır. Bildirilir ki, korrupsiya faktları ilə yanaşı  itki, yaralanma və qəza halları da artıb. İyulun 1-dən 31-dək Ermənistan ordusunda 7 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 5-i qəza, 1-i güllələnmə nəticəsində baş verib. Qeyri-rəsmi statistikaya əsasən isə, partlayış, qəza və döyülmə nəticəsində 25 hərbçi yaralanıb. Bununla yanaşı, 5 korrupsiya 3 fərarilik, 1 oğurluq faktı da aşkarlanıb. Sonuncu insident avqustun 5-i saat 17:30 radələrində Ermənistan ordusunun işğal edilən Azərbaycanın Qarabağ ərazisində qanunsuz dislokasiya olunan mərkəzi tabelikdəki hərbi hissələrindən birində baş verib. Müqaviləli hərbi qulluqçu Armen Hovakimyanın cəsədi Ağdərədə rayonundakı “Xaçın” su anbarında tapılıb. Aparılan xilasetmə işləri nəticəsində “Xaçın” su anbarında boğulma hadisəsi baş verən yerdən 800 m uzaqlıqda 43 yaşlı Aram Sarkisyanın meyiti aşkarlanıb.  Hadisənin təfərrüatları barədə məlumat verilməsə də hər 2 hərbçinin suiqəsdə məruz qaldığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: