Ermənilər bir araya gələ bilmir

61

Etiraz aksiyasının lideri, parlamentin deputatı Nikol Paşinyanın baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqlar aparmaq təklifi əvvəlkilərdən fərqlənmir və maraq kəsb etmir.

NUHÇIXAN Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan Nazirlər Kabinetinin mətbuat katibi Aram Araratyan bildirib.

“Paşinyanın növbəti təklifi demək olar ki, əvvəlkilərdən fərqlənmir (…). Karen Karapetyanın cavabı da əvvəlki kimi eynidir. Tərəflərdən birinin yalnız öz gündəliyini diktə etdiyi, digər tərəfə isə buna imkan vermədiyi görüş danışıq sayıla bilməz”, – deyə Araratyan jurnalistlərə müsahibəsində vurğulayıb. O, həmçinin qeyd edib ki, Karapetyanın fikrincə, Paşinyan ölkədə yaranan vəziyyətin müştərək müzakirə edilməsi və böhrandan çıxış yollarının axtarılmasında Ermənistan prezidentinin bütün siyasi qüvvələrə ünvanlandığı təkliflə razılaşmalıdır.

Xatırladaq ki, aprelin 13-dən başlayaraq Yerevanda və Ermənistanın digər iri şəhərlərində mitinqlər keçirilir. Əvvəlcə onların məqsədi sabiq prezident Serj Sarkisyanın baş nazir postuna təyin olunmasına imkan verməmək idi. Nəticədə Sarkisyan baş nazir seçildikdən bir neçə gün sonra – aprelin 23-də bu postu tərk etmək məcburiyyətində qaldı. Lakin aksiyalar hələ də davam edir. Hakimiyyət qarşısında yeni tələblər irəli sürən etiraz aksiyasının lideri Paşinyanın sözlərinə görə, Karen Karapetyan hakim partiyanın nümayəndəsi kimi hökumətə rəhbərlik etməməlidir və özü xalqın iradəsi ilə baş nazir olmağa hazırdır.

Ermənistanın baş naziri parlamentin mayın 1-də keçiriləcək xüsusi iclasında seçilməlidir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: