Ermənistanda istintaq qrupunun keçmiş rəhbəri yenidən həbs edilib

72

Ermənistanın paytaxtı Yerevanda 2008-ci il martın 1-də polisin müxalifətçilərə atəş açması hadisəsini araşdıran istintaq qrupunun keçmiş rəhbəri Vaaqan Arutyunyan yenidən həbs olunub.

NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, V.Arutyunyan Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəzifə səlahiyyətlərini aşaraq silah və ya xüsusi vasitələrlə güc tətbiqinə qoşulmaq maddələri ilə ittiham olunur.

Qeyd edək ki, bu cinayət işi üzrə Ermənistanın sabiq prezidenti Robert Koçaryan, keçmiş müdafiə naziri Mikael Arutyunyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturov da ittiham olunurlar. Onlar ölkənin konstitusiya quruluşunu dəyişdirməkdə ittiham edilirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: