Ermənistanda hərbi hissələrdə 15 gündə 17 ölüm və yaralanma faktı qeydə alınıb

95

Ermənistan silahlı qüvvələrində qeyri döyüş şəraitində, özbaşınalıqlar, qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı  artıb.

NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, 15 gün ərzində qeyri-döyüş şəraitində 17 belə fakt qeydə alınıb. Qar uçqunu, yol-nəqliyyat qəzası və digər  səbəblərdən 7 nəfər  ölüb. Təhlükəsizlik qaydalarını pozulması, özünə qəsd, minaya düşmə və digər hadisələr nəticəsində isə 10 düşmən hərbçisi ağır yaralanıb. Ölən və yaralananların çoxu zabitlər və müqaviləli hərbi qulluqçulardır. İşğalçı ölkədə  media azadlığı sahəsində də vəziyyət ağırdır. Ermənistan İctimai Radiosunun icraçı direktoru Mark Qriqoryanı istefa verməyə məcbur ediblər. “Onlar mənim otağıma soxulub istefa verməyimi tələb etdilər. Səbəbini soruşduqda “hamısı orada yazılıb” dedilər. Mən imzasız kağıza qol çəkməyəcəyimi söylədim. Sonra hay-küy səsləri eşitdim. Onlarla danışmağın mənasız olduğunu gördüm. Bütün bunlar mənə çox iyrənc göründü. Fiziki olaraq iyrəndim. Bir neçə saatdan sonra istefa ilə bağlı ərizəmi yazdım” deyə – Mark Qriqoryan bildirib. Bir müddər əvvəl isə hüquq müdafiəçiləri Ermənistanda  jurnalistlərin təqib olunması, mətbuu orqanlara müxtəlif bəhanələrlə basqın edilməsinə dair faktları ictimayyətə təqdim ediblər. Ermənistan İstintaq Komitəsinin sabiq sədri Vaaqn Aruytyunyanın da başı dərddədir. Onu 10 il əvvəl İrəvanda baş verən Dövlət terroru ilə əlaqədar qaldırılan cinayət işinin düzgün araşdırılmasına mane olduğu üçün həbs gözləyir. İstintaq komitəsi hazırda axtarışda olan Arutyunyanın yerini müəyyənləşdirməyə çalışır. Bu barədə  jurnalistlərə açıqlamasında Ermənistanın polis rəisi Valeri Osipyan məlumat verib. Onun sözlərinə görə

İstintaq komitəsinin  10 il əvvəl baş verən qanlı hadisələrlə bağlı yeni faktlar əldə edib. Yaxın müddətdə bununla bağlı ictimayyətə ətraflı məlumat veriləcək.Osipyan qeyd edib ki, 2008-ci il martın 1-də səhər saatlarında ayrı-ayrı bölmələrdən 1300-dən yuxarı polis əməkdaşı mitinq iştirakçılarına güc tətbiq etmək üçün göstəriş alıb. Bu addım Sarkisyanın hakimiyyətə gəlməsinə etiraz edənləri qorxutmaq məqsədi daşıyıb. Hakim dairələrdən əmr alan polis, daha da irəli gedərək dinc nümayişçiləri gülləbaran edib. Etirazçılar həmçininhərbçilərin hücumuna məruz qalıblar. Nəticədə  hakimiyyəti zorla ələ keçirən cinayətkar Sarkisyan hökuməti talançılıq siyasəti ilə Ermənistanı iflasa uğradıb və regionda təcrid vəziyyətinə salıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: