“Erməni Milli Konqresi” partiyasının üzvü Zoya Tadevosyan: “Azərbaycanın işğal edilmiş əraziləri qaytarılmalıdır”

175

“Azərbaycanın işğal edilmiş əraziləri qaytarılmalıdır”. “Erməni Milli Konqresi” partiyasının üzvü Zoya Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında belə bir açıqlama ilə çıxış edib. “Vətəndaş razılaşması” partiyasının parlament fraksiyasının üzvü Alen Simoyan isə Ermənistanın bütün bəlalarının kökündə Respublika partiyasının və ona rəhbərlik etmiş Köçəryan-Sarkisyan qruplaşmasının dayandığını açıqlayıb.

NUHÇIXAN-ın məlumatına görə, “Erməni Milli Konqresi” partiyasının üzvü Zoya Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən danışıb. Fikirləri ilə erməni ictimaiyyətində qalmaqal yaradan Tadevosyan “bu auditoriyada oturanların hamısı yaxşı anlayır ki, ərazilər işğal edilib” deyə bildirib.

Auditoriyanin “bu bəyanat ərazilərin işğal edildiyi deməkdir” sualına erməni siyasətçi sualla cavab verib: “Bu torpaqlar ermənilərindir?” Tadevosyanın üzvü olduğu “Erməni Milli Konqresi” partiyasının lideri, keçmiş prezident Levon Ter-Petrosyan da münaqişənin ərazilərin Azərbaycana qaytarılması çərçivəsində həll edilməsi ilə bağlı zaman-zaman fikirlərini gündəmə gətirib. Lakin hər dəfə Köçəryan və Serj Sarkisyan qruplaşmasının təzyiqlərinə məruz qalıb. Hətta sonuncu parlament seçkilərində Levon Ter Petrosyanın partiyası parlamentdən uzaqlaşdırıldı. “Vətəndaş razılaşması” partiyasının parlament fraksiyasının üzvü Alen Simoyan da ölkənin üzləşdiyi bəlaların kökündə Respublika partiyasının və ona rəhbərlik etmiş Köçəryan-Sarkisyan qruplaşmasının dayandığını açıqlayıb.  O,  Müasir Ermənistanın bütün ideologiyasının yalan, böhtan üzərində qurulduğunu bildirib.

Deputat 10 il əvvəlin martında baş verən qanlı terrorda əli olan dövlət məmurlarının səlahiyyətindən asılı olmayaraq həbsinin vacibliyini də bildirib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov da 1-2 mart 2008-ci il hadisələrində təqsirli bilinərək həbs edilib. Məhkəmə qərarına görə 5 milyon dram girov müqabilində zaminə buraxılan Müdafiə nazirliyinin keçmiş baş qərərgah rəisi əsas şübhəlilərdən hesab  olunur. Artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv olan dövlətlərə təşkilatın baş katibi Yuri Xaçaturovun işdən çıxarılması və onun başqa şəxslə əvəzlənməsi təklif edilib. Təklifin müəllifi Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayandır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: