Epidemioloji vəziyyət sabitdir

105

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikamızda ötən ilin dekabr ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib.İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yenidoğulmuş uşaqların 271-i idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit B, poliomielit peyvəndi alıb. Ay ərzində aşkar olunan hepatit xəstəliklərinə qarşı müvafiq profilaktik tədbirlər görülüb. Yoluxma mənbələri müəyyənləşdirilib və səhiyyə maarifi işi aparılıb.

Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 27 min 750 kvadratmetr sahədə dezinfeksiya və 10 min 600 kvadratmetr ərazidə dezinseksiya tədbirləri həyata keçirilib.

 Uşaq və yeniyetmə müəssisələrində maarifləndirici və dezinfeksiya tədbirləri aparılıb, eyni zamanda qurd invaziyalarına qarşı nümunələr yoxlanılıb. Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilib.

Dekabr ayı ərzində 64 su, 71 yuyuntu və 1106 digər nümunələrin bakterioloji müayinələri aparılıb. Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, ümumilikdə, 1231 nəfər müayinədən keçib. Kommunal gigiyena laboratoriyasında 9 nümunədə 21 müayinə, toksikoloji, xarici mühit və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarını təyini laboratoriyasında 3 nümunədə 11 müayinə aparılıb.

İstehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə tikinti və inşaat obyektlərində nəzarət yoxlamaları aparılıb. Əhalinin sanitariya sahəsində maarifləndirilməsi məqsədyönlü şəkildə həyata keçirilib, 19 mühazirə oxunub. Sanitariya-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün xəbərdarlıqlar edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: