Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək

94

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: