Dövlət İmtahan Mərkəzi fənlər və siniflər üçün yeni vəsaitlər nəşr edib

165

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər və siniflər üçün “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitlərini nəşr edib.

DİM-dən NUHÇIXAN-a bildiriblər ki, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib edilmiş bu vəsaitlər orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbədir.

Vəsaitlərdəki tapşırıqlar yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları yaradır. Qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən test tapşırıqları ilə yanaşı, diaqramlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər və situasiya tapşırıqlarından istifadə olunub.

Vəsaitləri aşağıdakı ünvanlarda “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Vəsaitlərin elektron qaydada sifarişi sentybarın 17-dən etibarən mümkün olacaq.

Vəsait qüvvədə olan fənn kurikulumlarına və dərsliklərə uyğun tərtib edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: