Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb

78

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Naxcivantv.az xəbər verir ki, Sərəncama əsasən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır: Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu, Prezident yanında Elmin İnkişafı Fondu, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Prezident yanında Gənclər Fondu, Prezident yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi.

Dövlətimizin başçısının digər sərəncamları ilə mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində, mədəniyyət, gənclər və idman müəssisələrində, Kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin də əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: