“Dörd fəsildə Naxçıvan” adlı foto-müsabiqə davam edir

276

Naxcivantv.az saytı 2017-ci il fevralın 1-dən bu ilin sonunadək “Dörd fəsildə Naxçıvan” adlı foto-müsabiqə elan edir. Müsabiqənin məqsədi qədim Naxçıvanın mədəniyyətini, tarixi abidələrini, turizm imkanlarını, təbiət mənzərələrini, müasir inkişafını, adət-ənənələrini, insanların gündəlik həyatını təbliğ və tərənnüm etməkdir.

Hər fəsildə min-min rəngə boyanan qədim diyarımız Naxçıvan o qədər rəngarəng və füsünkardır ki, hər birimiz bu torpağı qarış-qarış gəzməkdən doymuruq. Bu müsabiqə gəzintiniz zamanı gördüklərinizi, eləcə də doğma şəhərinizi, kəndinizi, el-obanızı, doğma insanları fotoyaddaşa köçürmək və onu milyonlarla paylaşmaq üçün gözəl bir imkandır. Hər kəs öz mobil telefonu, fotokamerası vasitəsi ilə çəkdiyi şəkilləri naxcivantv.az saytına göndərməklə buna nail ola bilər (fotoşəkillər 10-dan az olmamalıdır). Fotoşəkillər müəlliflərinin qısa təqdimatı verilməklə saytda yerləşdiriləcək və milyonlarla izləyiciyə təqdim ediləcək.

“Dörd fəsildə Naxçıvan” fotomüsabiqəsinin qalibləri qış, yaz, yay və payız fəsillərində çəkilmiş ən yaxşı fotolar üzrə müəyyənləşdiriləcək.

Mükafatlandırılma mərasimi 2018-ci ilin dekabrında  keçiriləcək. Müsabiqənin qaliblərinə pul mükafatı və qiymətli hədiyyələr təqdim ediləcək. Müsabiqədə iştirak etmək istəyənlər çəkdikləri fotoşəkilləri naxcivanteleviziyası@gmail.com elektron poçtumuza,  facebook və instagram   səhifələrimizə göndərə bilərlər.

İştirakçılar adlarını, soyadlarını, yaşadıqları yeri və əlaqə nömrələrini qeyd etməlidirlər.

Naxçıvanı təkcə sevmək yox, həm də yaxından tanımaq lazımdır. Naxçıvanı yaxından tanıyanlar onu daha çox sevəcəklər. Gəlin, doğma yurdumuzu hər birimiz tanıdaq.

Əvvəlcədən hər birinizə uğurlar!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: