Dolu Kəngərlidə təsərrüfatlara ziyan vurub - VİDEO

193

NUHÇIXAN xəbər verir ki, dünən  axşam saatlarında Kəngərli rayonuna yağan dolu və leysan yağışları Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Qarabağlar, Çalxanqala, Yurdçu, Təzəkənd və Xıncab kəndlərində bəzi fəsadlara yol açıb.

Həyətlərə, əkin sahələrinə, meyvə ağaclarına, yollara, tövlələrə ciddi ziyan dəyib. Rayonun Qarabağlar kəndi isə ən çox zərərçəkən bölgə olub.

Həmin gün rayon fövqaladə hallar komissiyasının və digər qurumların  əməkdaşları hadisə yerində olublar.  Dolu və leysan nəticəsində kəndlərə dəyən ziyanın aradan qaldırılması üçün lazımi tədbirlər görülüb. Hadisə yerinə müxtəlif texnikalar cəlb edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: