DÇ-2018: Misir yığmasının ilkin iştirak ərizəsi açıqlanıb

71

Misir yığmasının baş məşqçisi Ektor Kuper Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı öncəsi komandasının ilkin iştirak ərizəsini açıqlayıb. NUHÇIXAN xəbər verir ki, ilkin siyahıda 29 nəfərə yer verilib.

DÇ-2018 ərəfəsində  6 nəfərin adı ərizədən çıxarılacaq və yekun siyahı məlum olacaq.

Qapıçılar: Məhəmməd Auad (“İsmaili”), Essam əl-Hadari (“Əl-Taavun”), Əhməd əl-Şənavi, Şərif Əkrəmi (“Əl-Əhli”).

Müdafiəçilər: Məhəmməd Əbdül-Şəfi (Əl-Fateh), Əhməd Fəthi, Ayman Əşrəf, Saad Samir (hər üçü “Əl-Əhli”), Əhməd əl-Məhəmmədi (“Aston Villa”), Ömər Qaber (“Los-Anceles Qelaksi” – icarə), Əli Qabr, Əhməd Heqazi (hər ikisi “Vest Bromviç”), Kərim Hafiz (“Lans”), Amro Tarek (“Orlando Siti”), Mahmud Həmdi (“Zamalek”).

Yarımmüdafiəçilər: Abdulla Səid (KuPS), Mahmud Fadlalla “Şikabala” (“Əl-Raed”), Məhəmməd əl-Nenni (“Arsenal”), Tarek Hamed, Mahmud Əbdül-Əziz (hər ikisi “Zamelek”), Mahmud Hassan “Trezeqe” (“Kasımpaşa” – icarə”), Ramadan Sobhi (“Stok Siti”), Mahmud Əbdül-Moneym “Kəhraba” (“Əl-İttihad”), Amr Varda (“Atromitos”), Sem Morsi (“Uiqan”).

Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Əhməd Hasan “Koka” Maqub (“Braqa”), Maruan Möhsün ( “Əl-Əhli”), Əhməd Qomaa (“Əl-Məsri).

Qeyd edək ki, Misir yığması dünya çempionatında ev sahibi Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: