Culfada texniki servis mərkəzi yaradılıb

390

NUHÇIXAN xəbər verir ki, 2010-cu ildə fəaliyyətə başlayan “Naxçıvan Avtomobil Zavodu” texniki xidmət bölmələri və avtomobil ehtiyat hissələrinin satışı mağazalarının yaradılmasına başlayıb. Şərur rayonundan sonra növbəti servis mərkəzi Culfa rayonunda yaradılıb.

Bu məqsədlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov bildirib ki,  servis mərkəzinin yaradılması sürücülərin vaxt itkisinin qarşısının alınması və əlavə xərclərə son qoyacaq. Sonra xidmət mərkəzinə baxış olub. Məlumat verilib  ki, burada mühərrikçi, avtomobillərin diaqnostik müayinəsi, yağdəyişmə, təkər təmiri, təkərlərin 3D ölçüdə tənzimlənməsi, yuyucu, çilingər, avtomobil kondisionerlərinin təmiri kimi xidmət sahələri, iş otağı, anbar və ehtiyat hissələrinin satışı mağazası fəaliyyət göstərəcək. Yeni obyektdə 11 yeni iş yeri açılıb. Orta aylıq əməkhaqqı 350 manatdır.

Burada Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi avtomobillərlə yanaşı digər avtomobillərə də texniki xidmət göstəriləcək. Texniki xidmət mərkəzi Culfa və Ordubad rayonlarını əhatə edəcək.

Qeyd edəki ki bu rayonlarda  200-ə yaxın NAZ Lifan avtomobili  istismardadır.

                                        Oruc Məmmədyarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: