Çinin nüfuzlu “CCTV-4” kanalı Naxçıvan Muxtar Respublikası barədə film hazırlayıb

184

NUHÇIXAN xəbər verir ki, Çinin nüfuzlu “CCTV-4” kanalının çəkiliş qrupu 2017-ci  ilin 3-9 avqust tarixlərində Naxçıvan Muxtar Respublikasında olub, muxtar respublikaya həsr edəcəkləri filmin çəkilişlərini aparıblar. 

Noyabrın 12-də “CCTV-4” kanalında Naxçıvan Muxtar Respublikasına həsr edilən film nümayiş olunub. Çin dilində hazırlanan 40 dəqiqəlik film televiziyanın www.cctv.com saytında və www.youtube.com video-portalında da yerləşdirilib. Filmdə Naxçıvan haqqında ümumi məlumat verilir, Duzdağ Fizioterapiya Mərkəzindən geniş reportaj təqdim olunur. Həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində uşaqların müalicəsi üçün yaradılan şəraitdən danışılır, Distant Təhsil Mərkəzinin əhəmiyyəti vurğulanır, o cümlədən Naxçıvan Dövlət Universiteti barədə məlumat verilir. 

Film iki ay sonra ingilis dilinə tərcümə olunacaqdır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: