Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək

152

Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək.

NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” səfərdə Almaniyanın “Şalke” komandası ilə üz-üzə gələcək. Bu komandalar arasında Türkiyədə baş tutan matç qolsuz bərabərliklə başa çatıb.

Günün mərkəzi qarşılaşması İtaliyada təşkil olunacaq. “İnter” doğma azarkeşlər önündə İspaniya “Barselona”sı ilə münasibətlərə aydınlıq gətirəcək. Kataloniya təmsilçisi III tur matçında rəqibini 2:0 hesabı ilə üstələyib.

Günün digər maraqla gözlənilən görüşü isə İtaliyanın Neapol şəhərində olacaq. “Napoli” Fransa PSJ-sinin müqavimətini qırmağa çalışacaq. Komandalar arasında Fransada oynanılan matçda qalib müəyyənləşməyib -2:2.

Çempionlar Liqası, IV tur

A Qrupu

21:55.Monako” (Fransa) – “Brügge” (Belçika)

00:00.Aletiko” (Madrid, İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: “Borussiya” – 9, “Atletiko” – 6, “Monako” – 1, “Brügge” – 1.

B Qrupu

00:00.”İnter” (İtaliya) – “Barselona” (İspaniya)

00:00.”Tottenhem” (İngiltərə) – PSV (Eyndhoven, Hollandiya)

Xal durumu: “Barselona” – 9. “İnter” – 6. PSV – 1, “Tottenhem” – 1.

C qrupu

21:55.”Srvena Zvezda” (Serbiya) – “Liverpul” (İngiltərə)

00:00. “Napoli” (İtaliya) – PSJ (Fransa)

Xal durumu: “Liverpul” – 6, “Napoli” – 5, PSJ – 4, “Srvena Zvezda” – 1.

D qrupu

00:00.”Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə)

00:00.”Portu” (Portuqaliya) – “Lokomotiv” (Moskva, Rusiya)

Xal durumu: “Portu” – 7, “Şalke” – 5, “Qalatasaray” – 4, “Lokomotiv” – 0.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: