Bu gün UEFA Çempionlar Liqasının ikinci finalçısı məlum olacaq

69

May ayının 2-də UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyununda İtaliyanın “Roma” klubu İngiltərənin “Liverpul” komandasını qəbul edəcək. “Olimpiko” stadionunda baş tutacaq qarşılaşmada ikinci finalçı məlum olacaq.

NUHÇIXAN xəbər verir ki, komandalar arasında İngiltərədə keçirilən ilk görüş Yurqen Klopun yetirmələrinin qələbəsi ilə başa çatmışdı – 5:2. “Roma” finala yüksəlmək üçün qapısından qol buraxmamaqla ən azı üç top fərqi ilə qələbə qazanmalıdır.

“Roma”nın heyətində Perotti, Strotman, Defrel, “Liverpul”un heyətində isə Matip, Lalalana, Emre Can və Cemberland zədə səbəbindən görüşü buraxmalı olacaqlar.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu sloveniyalı Damir Skomina idarə edəcək.

Yarımfinal mərhələsinin digər matçı aprelin 1-də keçirilib. “Real” iki oyunun nəticəsinə əsasən finala vəsiqə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: