Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

74

Aprelin 24-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start veriləcək.

NUHÇIXAN xəbər verir ki, mərhələnin ilk oyun günündə İtaliya təmsilçisi “Roma” səfərdə İngiltərənin “Liverpul” klubunun qonağı olacaq. Bu komandalar indiyədək cəmi beş dəfə üz-üzə gəliblər. Bu komandalar arasında son görüş 2002-cı ildə baş tutub. Qarşılaşmada “Liverpul” öz meydanında 2:0 hesabı ilə qələbə qazandığı halda, səfərdə heç-heçə (0:0) edən ingilislər növbəti mərhələyə vəsiqə qazanmışdılar.

“Liverpul”un heyətində J.Matip, Emre Can, Adam Lallana, N.Klayn zədələndikləri üçün matçı buraxacaqlar.

Mərhələnin digər qarşılaşması aprelin 25-də keçiriləcək “Allianz Arena”da baş tutacaq oyunda “Bavariya” doğma meydanda “Real Madrid” klubunu qəbul edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: