Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti matçına çıxacaq

185

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi “Kukesi”ni qəbul edəcək.

NUHÇIXAN xəbər verir ki, səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanov rəhbərlik etdiyi kollekliv doğma azarkeş önündə qələbə qazanmağa çalışacaq. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri – Con Delarj və İnnosent Emeqaranın da xidmətindən yararlana biləcək.

“Qarabağ” “Kukesi” səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

1 avqust

21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya)

Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: