Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq

125

Dekabrın 16-da Azərbaycan kubokunun dörddəbir final mərhələsinə daha iki oyunla yekun vurulacaq.

NUHÇIXAN xəbər verir ki, günün ilk oyununda yarışın ötən mövsümdəki finalçısı “Qəbələ” Premyer Liqanın debütantı “Sabah”ı qəbul edəcək. Bu komandalar cari çempionatda eyni – 17 xala malikdirlər və dördüncü və beşinci pillələri bölüşürlər. Görüş saat 14:00-da başlayacaq. Qarşılaşmada ədaləti təmin etmək Rəvan Həmzəzadəyə həvalə olunub.

Günün saat 19:00-da başlayacaq sonuncu oyununda çempion “Qarabağ” Azərbaycan kubokunun sonuncu qalibi “Keşlə”ni qəbul edəcək. “Qarabağ” çempionatda 30 xalla 2-ci, “Keşlə” isə 12 xalla 7-ci yerdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: