BMT Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirilib

111

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) yeni tərkibdə ilk iclası keçirilib. Bu münasibətlə yanvarın 2-də BMT TŞ-nın yeni seçilmiş 5 qeyri-daimi üzvü olan ölkənin – Belçika, Dominikan Respublikası, Almaniya, İndoneziya və Cənubi Afrikanın dövlət bayraqlarının qaldırılması mərasimi keçirilib.

NUHÇIXAN təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, yeni üzvlərin səlahiyyət müddəti iki ildir. Tarixində ilk dəfə BMT TŞ üzvü olan Dominikan Respublikası isə qurumda sədrliyinə başlayıb. Bundan əvvəlki qeyri-daimi üzvlərin – Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveçin isə səlahiyyət müddəti başa çatıb. Yeri gəlmişkən, yeni qeyri-daimi üzv dövlətlərin bayraqlarının qaldırılması məhz Qazaxıstanın təşəbbüsüdür.

BMT TŞ on beş üzvdən ibarətdir: Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa daimi üzvlərdir. Qalan on ölkə isə qeyri-daimi üzv statusunda Baş Assambleya tərəfindən hər beşi ildə bir dəfə seçilməklə fəaliyyət göstərir. 2020-ci ildə Ekvatorial Qvineya, Polşa, Peru, Küveyt və Kot-Divuar BMT TŞ-nın yeni qeyri-daimi üzvü olacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: