“Beşiktaş” “Milan”ın futbolçusunu transfer etmək istəyir

107

Türkiyənin “Beşiktaş” klubu İtaliyanın “Milan” komandasının gənc yarımmüdafiəçisi Alen Xaliloviçin xidmətlərindən yararlanmaq niyyətindədir.

NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, futbolçunun agenti hazırda İstanbulda danışıqlar aparır.

Xorvatiyalı futbolçu ötən mövsüm icarə əsasında İspaniyanın “Las-Palmas” komandasında oynayıb. İyirmi iki yaşlı yarımmüdafiəçi əvvəllər “Dinamo Zaqreb”, “Barselona” və “Hamburq” klublarında çıxış edib. 2013-cü ildən Xorvatiya millisinə dəvət olunan futbolçu 10 oyunda meydana çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: