Bayram günlərində muzeylərə xeyli sayda turist gəlib

119

NUHÇIXAN xəbər verir ki, bayram günlərində turistlərin daha çox üz tutuduğu yerlərtdən biri də muzeylərimizdir.  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xalça muzeyi, Ədəbiyyat muzeyi, Tarix muzeyini mütəmadi olaraq bu günlərdə tələbələr və məktəblilər ziyarət edir. Bundan başqa, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili qeyd etmək üçün   Naxçıvana gələn İran, Türkiyə, Almaniya, Çin, Koreya və Yaponiya vətəndaşları da bu mədəniyyət müəssisələrimizdə  olublar. 

Qeyd edək ki, ötən il ərzində muxtar respublikada fəaliyyət göstərən muzeyləri ümumillikdə 600 mindən çox qonaq ziyarət edib. Onlardan 200 mindən çoxu xarici vətəndaş olub. Eyni zamanda bir il ərzində muzeylər öz ekspozosiyasını  1564 yeni eksponatla zənginləşdirib. 

Cavid Səfərli 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: