Bələdiyyələrə maarifləndirici seminarlar keçirilib

166

Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən noyabr-dekabr aylarında muxtar respublika bələdiyyələrində maarifləndirici seminarlar keçirilib.

“Bələdiyyə işinin təşkili və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericiliklə müəyyən edilən tələblər” mövzusunda keçirilən seminarda isə məqsəd yerli özünüidarə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, qanunvericiliyə əməl edilməsi, kargüzarlığın aparılması və metodiki köməklik göstərilməsi olub. Seminarda həmçinin  kənd təsərrüfatı məhsullarının istehsalına dair tədbirlərin yerinə yetirilməsində bələdiyyələrin iştirakı, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin vəzifələri, yerli özünüidarəetmə orqanlarında kargüzarlıq işinin aparılması və bələdiyyə aktlarının qəbul edilməsi ilə bağlı qanunverciliyin tələbləri mövzusunda çıxışlar olub.

Qeyd edilib ki, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq və özünüməşğulluğun inkişafını təmin etmək günün əsas məsələlərindəndir. Bununla bağlı qanunvericiliyin və tədbirlərin məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünün məşğulluğun stimullaşdırılması və səmərəliliyin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir. Bu baxımdan ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu nəzərə alınaraq muxtar respublikamızda onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi və güzəştli kreditlərin verilməsi davam etdirilir. Muxtar respublikamızda bütün bu müsbət cəhətlər nəzərə alınaraq ailə təsərrüfatları məşğulluq probleminin həll olunmasında, əhali gəlirlərinin həcminin artmasında müsbət bir amil kimi qiymətləndirilir. Buna görə də belə təsərrüfatların yaradılmasına üstünlük verilir.

Mövzular ətrafında geniş müzakirələr aparılıb və  verilən suallar ətraflı cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: