Azərbaycanın U-20 yığması Makedoniyaya məğlub olub

169

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti matçını keçirib.

NUHÇIXAN-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb. Bu, komandalar arasında ikinci qarşılaşma olub. Üç gün öncə qollu bərabərliklə (1:1) ayrılan rəqiblərin bu dəfəki duelinin taleyini bir top həll edib.

Anton Krivotsyukun avtoqolu balkanlılara qələbə qazandırıb. Millimiz məğlubiyyətdən qaçmaq imkanı qazansa da, Fərid Nəbiyev penaltidən yararlana bilməyib. Bu, yığmamızın Bakıda keçirdiyi son üç matçda 2-ci məğlubiyyətidir. Komandamız Makedoniya ilə matçlardan öncə Gürcüstana da uduzmuşdu – 1:2.

Yoldaşlıq oyunu

27 may

Azərbaycan (U-20) – Makedoniya (U-20) – 0:1

Qol: Anton Krivotsyuk, 25-öz qapısına

Fərid Nəbiyev 80-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Baş hakim: Orxan Məmmədov

“Dalğa Arena”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: