Azərbaycan Ordusunda ən yaxşı topoqraf adı uğrunda yarış keçirilir

149

Bu il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri ilə “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını göstərəcəklər.

Yarış nəticələrinə görə ən yaxşı topoqraf adına layiq görülmüş hərbi qulluqçu müəyyənləşdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: