Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb

91

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilə Qızıl Avropa Liqasının “A” qrupunda mübarizə aparacaq Ukrayna yığmasının heyəti açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, Ukrayna millisinin baş məşqçisi Qariy Aqiazarov turnirdə 14 voleybolçuya şans verəcək.

Heyətdə Kristina Nemtseva, Marina Deqyareva, Alena Novqorodçenko, Lyudmila Osaçuk, Aleksandra Peretyatko, Alla Politanskaya, Viktoriya Dançak, Svetlana Dorsman, Darya Drozd, Yuliya Qerasimova, Anastasiya Karaseva, Diana Karpets, İrina Truşkina, Darya Velikokon, Anastasiya Çernuxa, Karina Denisova, Katerina Dudnik, Nadejda Kodola, Anna Kiriçenko, Viktoriya Loxmançuk, Viktoriya Nikolayçuk, Olesya Rıxlyuk, Olqa Skirpik və Lyubov Ujva yer alıblar.

Turnirin “A” qrupunda Azərbaycan və Ukrayna yığmalarından başqa, Portuqaliya və Bolqarıstan milliləri də mübarizə aparacaq.

Qeyd edək ki, qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 14-15-də “Dördlər finalı”nda mübarizəni davam etdirəcək. “B” qrupunda Xorvatiya, Finlandiya, Macarıstan, Fransa, “C” qrupunda isə Slovakiya, Belarus, İspaniya və Çexiya milliləri yarışacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: