Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib

116

Dekabrın 16-da Telavi şəhərində Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olub.

NUHÇIXAN xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Gürcüstanın 4-cü Prezidenti Georgi Marqvelaşvili vida görüşü edib.

Sonra Gürcüstanın dövlət bayrağı gətirilib.

Daha sonra yeni Prezident Salome Zurabişvili tribunaya çıxıb.

Gürcüstanın yeni Prezidenti əlini konstitusiyasının üzərinə qoyaraq xalqına, millətinə sədaqətlə xidmət edəcəyini, insanların hüquq və azadlıqlarını qoruyacağına, ölkənin demokratik inkişafına sadiq qalacağına and içib.

Mərasimdə iki minə yaxın insan, o cümlədən 55 ölkədən 150-dən çox xarici qonaq iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: