Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı bilindi

213

BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi əlavə edib ki, görüşün sentyabrda baş tutacağı gözlənilir.

H.Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var:

“Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: