Azərbaycan Milli Elmlər Akademiyası “Magistr-2018” müsabiqəsini elan edir

101

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, AMEA-da “Magistr-2018” müsabiqəsi elan olunur.

AMEA-dan naxcivantv.az-a bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi akademiyada magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək göstərmək, təhsildə, elmdə yüksək nəticələr əldə edən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan tələbələr iştirak edə bilərlər. Yekunda ən yüksək nəticə göstərən üç magistrant mükafatlandırılacaq.

Müsabiqədə iştirak üçün magistrantlar ərizə formasını müəyyənləşdirilmiş qaydada doldurub (ərizələr müvafiq institutun təhsil şöbəsinin rəhbəri və elmi katibi tərəfindən təsdiqlənməlidir) təhsil aldığı institutun direktorunun müşayiət məktubu ilə birlikdə aprelin 13-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim etməlidirlər.

Ünvan: AZ1143, Bakı ş., H.Cavid pr., 31.

Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.

E-mail: [email protected] (elektron məktubda mövzu yerində “Magistr-2018 müsabiqəsi üçün” qeyd olunmalıdır).

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: