“Azərbaycan dilində ikihecalı sadə feillər” kitabı çapdan çıxıb

93

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilində ikihecalı sadə feillər” kitabı nəşr olunub.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, rəyçilər isə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Aynel Məşədiyeva və Cahid İsmayıloğludur.

Kitabda müasir ədəbi dilimizdə, dialekt və şivələrimizdə işlənən ikihecalı (türk mənşəli) sadə feillərin inkişaf yolu işıqlandırılıb, feildən, adlardan, həmçinin adlardan və feillərdən feil düzəldən şəkilçilər sistemli şəkildə araşdırılaraq konkret nümunələrlə izah edilib.

Nəşrdə XIII-XIV əsrlərin qiymətli poeziya nümunələri olan “Dastani-Əhməd Hərami” və “Mehri və Vəfa” məsnəvilərinin dilində işlənmiş arxaik sözlər də araşdırılıb.

Kitabla tanışlıq əsasında oxucular bəzi arxaik qrammatik formalar haqqında da məlumat əldə edə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: