Aya uçan ilk kosmonavt Marsa pilotlu uçuşun əleyhinədir

132

1968-ci ildə “Apollon-8” kosmik gəmisinin heyətində ilk dəfə Ayın orbitinə uçan ABŞ kosmonavtı Bill Anders Marsa pilotlu missiya göndərilməsini “səfehlik” adlandırıb.

NUHÇIXAN xəbər verir ki, 85 yaşlı Anders ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) və milyarderlər İlon Mask və Ceff Bezosun Marsın tədqiqi planlarını da sərt tənqid edib. Astronavt bildirib ki, Amerika ictimaiyyəti maliyyə cəhətdən özünü doğrultmayan bu planları dəstəkləmir.

Yarım əsr əvvəl Yerin süni peykinə uçuşunu qürurla xatırlayan Anders NASA-nın Ayın səthinı enmək planını da tənqid edib. Astronavt deyib: ”Agentliyin fəaliyyəti işçilərinə əməkhaqqı verməkdən və Konqresdə öz lobbisini yerləşdirməkdən ibarətdir. Ətalət ucbatından onlar 50 ildir Ayın səthinə enə bilmirlər. İctimaiyyət də bu qurumun fəaliyyətinə biganədir”.

Bill Anders 1970-ci ildə “Apollon” missiyasının ləğv edilməsini və kosmosa şattların buraxılmasını yanlış addım hesab edir. Onun sözlərinə görə, kosmik stansiya şattlar üçün nəzərdə tutulmuşdu və hazırda heç bir əhəmiyyət kəsb etmir.

“Apollon-8” kosmik gəmisində Andersin komandiri olmuş Frenk Borman isə həmkarının fikirləri ilə razı deyil. O hesab edir ki, NASA-nın Marsın tədqiqi ilə bağlı atdığı addımlar düzgündür və Günəş sisteminin daha geniş öyrənilməsinə, həmçinin Qırmızı planetə kosmonavt göndərilməsinə ehtiyac var. Bununla belə, Borman bildirib ki, Mask və Bezosun Marsda koloniyalar yaradılması planları cəfəngiyatdan başqa bir şey deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: