AVRO-2020-nin final mərhələsində iştirak edəcək milli komandaların mükafatları açıqlanıb

105

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının finalında iştirak edəcək komandaların ümumi mükafatını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, ümumi məbləğ 371 milyon avro təşkil edəcək.

Avropa çempionatında iştirak üçün pul mükafatı ötən turnirlə müqayisədə 23 faiz artırılıb. 2016-cı ildə Fransada keçirilmiş yarışda mükafat fondu 301 milyon avro olub.

Avropa çempionatının final mərhələsində iştirak edəcək 24 yığma komandanın hər biri ən azı 9.25 milyon avro alacaq. Komandalar qrup mərhələsində qələbəyə görə 1.5 milyon, heç-heçə üçün isə 750 min avro qazanacaqlar.

1/8 finala yüksələn komandalara 2 milyon, 1/4 finalçılara 3.25 milyon, yarımfinala vəsiqə qazananlara isə 5 milyon avro ödəniləcək. Avropa çempionatının qalibi 10 milyon, finalçı isə 7 milyon avro qazanacaq. AVR0-2020-nin qalibi bütün oyunlarını qələbə ilə başa vursa, 34 milyon avro əldə edəcək.

Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: