“Android” sistemi ilə işləyən 10 ən güclü smartfon bəlli olub

98

Smartfonların məhsuldarlığını yoxlayan “Antutu” xidməti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən 10 ən güclü smartfondan ibarət reytinq tərtib edib. Sözügedən reytinq şirkətin rəsmi saytında dərc olunub.

Naxcivantv.az xəbər verir ki, “Huawei” şirkətinin “Mate” istehsal xəttinə məxsus iki smartfon (“Mate 10 Pro” və “Mate 10”) ən məhsuldar “Android” smartfonlarıdır. “Huawei Honor V10” cihazı üçüncü yeri tutub. Bildirək ki, sözügedən smartfonlarda “Huawei Kirin 970” prosessoru quraşdırılıb.

“Snapdragon 835” prosessoru ilə işləyən “OnePlus 5”, “OnePlus 5T”, “Nubia Z17”, “Xiaomi Mi 6” və “Xiaomi Mi MIX 2” smartfonları reytinqdə növbəti pillələri tutublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: