AMEA-nın vitse-prezidenti: “Yeni Orfoqrafiya lüğəti 2019-cu ildə hazır olacaq”

188

“Azərbaycan ictimaiyyəti 2019-cu ildə müstəqillik dövrünün yeni Orfoqrafiya lüğətini əldə edəcək. Bu bizim ana dilimizin inkişafında yeni bir mərhələ olacaq”.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugün keçirilən iclasında komitə sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, Orfoqrafiya qaydaları üzərində 5 ay davam edən müzakirələr və bu müzakirələr əsasında Azərbaycan dilçiliyinin bir çox məsələləri barədə ilk dəfə deyilən fikirlər builki Ana dili gününə alimlərin dəyərli hədiyyəsidir: “Artıq Orfoqrafiya qaydaları haqqında müzakirələr başa çatıb. Yay tətili bitəndən sonra Orfoqrafiya Komissiyası qaydalar haqqında yekun müzakirələri aparıb elmi qənaətlərə gələcək. Sentyabr ayında keçiriləcək Orfoqrafiya Komissiyasının növbəti iclasında qaydalar haqqında müzakirələrə yekun vurulacaq. Bunun əsasında Azərbaycanda müstəqillik dövründə sistemli şəkildə ilk dəfə, elmi cəhətdən əsaslandırılmış Orfoqrafiya qaydaları təsdiq olunacaq. Yeni qaydalar əsasında müasir tələblərə cavab verən yeni Orfoqrafiya lüğəti hazırlanacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: