“Amazon” yenidən dünyada ən bahalı şirkət adına layiq görülüb

78

ABŞ-ın “Amazon” şirkəti bazar kapitallaşması göstəricisinə görə yenidən “Microsoft”u geridə qoyaraq dünyada ən bahalı şirkət elan edilib. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.

NUHÇIXAN “tass.ru” saytına istinadən bildirir ki, “Amazon”un kapitallaşma dəyəri 797 milyard, “Microsoft”da isə 789 milyard dollar olub. “Alphabet” şirkəti kapitallaşma dəyərinə (745 milyard dollar) görə 3-cü, “Apple” isə 4-cü yeri bölüşdürürlər.

“Amazon” şirkəti bazar kapitallaşmasına görə ilk dəfə 2018-ci ilin fevralında, ikinci dəfə isə dekabrda “Microsoft”u üstələməyə nail olub. “Forbes” jurnalının versiyasına görə, “Amazon” şirkətinin direktoru Ceff Bezos planetin ən zəngin insanlarının reytinq siyahısına başçılıq edir. “Microsoft”un təsisçisi Bill Qeyts sözügedən reytinqdə ikinci yerdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: