Alimlər buzlaqları “qar topları” ilə qorumağı təklif edirlər

73

Qlobal istiləşmə ilə əlaqədar olaraq İsveçrədəki Alp buzlaqları tədricən əriməyə başlayıb. Buzlaqların tamamilə əriməsi yaşayış məntəqələrində dağ gölləri və quyuların quruması ilə nəticələnə bilər.

NUHÇIXAN “Nauka i jizn” jurnalına istinadla xəbər verir ki, Niderlandın Utrexta Universitetinin bir qrup alimi İsveçrənin cənub-şərqində o qədər də böyük olmayan buz dağlarını qorumağı təklif edir. Bunun üçün onlar yayda əriyən xizək yollarının bərpası üçün istifadə edilən “qar topları” ilə buzlaqları atəşə tutmağı məsləhət görürlər.

Alimlərin fikrincə, qalınlığı bir neçə santimetr olan sünü qar örtüyü günəş istiliyini əks etdirmir və buzu əriməkdən qoruyur. Layihə hələlik maliyyə mənbəyini tapmayıb. Bu, baş tutacağı təqdirdə 4 min “qar topu” tələb olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: