Alimlər Naxçıvan Dövlət Tarix muzeyində olublar

58

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan bölməsinin əməkdaşları tarix muzeyini ziyarət ediblər.

Muzeydə bildirilib ki, 1924-cü ildə yaradılan Naxçıvan Dövlət Tarix muzeyində bu gün  48 mindən çox eksponat  saxlanılır. Ekspozisiya qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir.

Burda həmçinin 19-20-ci əsrlərə aid xalça məmulatları, zinət və məişət əşyaları, rəsm əsərləri nümayiş olunur. O da vurğulanıb ki, muzey  10 şöbədən ibarətdir. Paleolit və eneolit dövrlərinə aid dən daşları , obsidiandan hazırlanan kəsici alətlər və digər əşyalar tamaşaçıların marağına səbəb olub.

Qeyd edək ki, Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocağı, həm də elmi-tədqiqat bazası kimi fəaliyyət göstərir.

Tükəzban Cəfərova

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: