Ali təhsil ocağında əl işləri sərgisi təşkil olunub

161

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, universitetin Pedaqoji fakültəsində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il”ə həsr olunmuş texnologiya ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib.

Bildirilib ki, fakültənin Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının nəzdində tikiş, toxuculuq, kulinariya, əl işləri muzeyi,  metal və ağac emalı texnologiyaları kabinələri fəaliyyət göstərir. Həmçinin yaxın zamanlarda “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” kabinəsinin yaradılacağı qeyd olunub.

100-dən çox əl işinin nümayiş olunduğu sərgidə Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan Aygün Əsgərova qalib olub. Həmin ixtisasın tələbələri Aytac Həsənzadə II, Elmira Məmmədova isə III yerə layiq görülüblər. Qaliblərə diplom və mükafatlar  verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: